Sabah 33 dərəcə isti olacaq

Sabah  33 dərəcə isti olacaq
  03 İyun 2013    Oxunub:1324
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti 19-21 dərəcə isti olacaq.

İyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik ğözlənilmir.


Teqlər:





Xəbər lenti