Yeniyetmə qız intihar edib

Yeniyetmə qız intihar edib
  03 İyun 2013    Oxunub:1041
Şəmkir rayonunda intihar hadisəsi qeydə alınıb.
Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 20 yaşlı rayon sakini Vəliyeva Samirə Rizvan qızı dünən saat 01.00 radələrində yaşadığı evin arxa hissəsində yerləşən baş sahəsindəki ağacdan kəndirlə özünü asaraq intihar edib.

Samirə Vəliyevanın meyitinə baxış zamanı onun boynunda asılma üçün xarakterik olan və açıq-aşkar görünən stranquliyasiya şırımı aşkar edilib və meyit üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti