Gələcək Forum Bakıda başladı

Gələcək Forum Bakıda başladı
  03 İyun 2013    Oxunub:3822
Bakıda 1-ci Beynəlxalq Gələcək Forumu keçirilir
AzVision.az xəbər verir ki, forum Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə NASA, ABŞ Milli Elmi Fondu, Google, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertlərinin və digər tanınmış beynəlxalq ekspertlərin iştirak edir.

Tədbirdə ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR-dan mütəxəssislər öz ölkələrini təmsil edir.

Nəzərə çatdıraq ki, forum çərçivəsində həmçinin, 3D Printer də sərgilənəcək ki, bu da Azərbaycanda bu gün üçün printer texnologiyası baxımından yenilikdir.

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycan dövlət ehtiyatlarına görə dünyada 19-cu yerdədir. Burada xüsusən neft sahəsindəki əldə olunan uğurlar əsas götürülür.

Təsadüfi deyil ki, 20-ci əsrin faşizm kimi təhlükəsində qurtulmaq üçün Bakı nefti böyük rol oynayıb. Ümumiyyətlə, net-qaz iqtisadiyyatı dünya dünya iqtisadiyyatının formalaşmasında böyük önəm kəsb edir.

Tədbirdə 28 ölkədən 38 nümayəndə heyəti iştirak edir. Bu forum potensial və qlobal problemlərin həlli yollarında Azərbaycanda yeni istiqamətlər ərsəyə gətiriləcək. Ölkələr arasında münasibətlərin qurulması üçün elmə və mədəni əlaqələrin böyük rolu var. Bu forum ölkələr arasında bütün istiqamətlərin inkişafına təkan verəcək.

Nazir həmçinin bildirib ki, Azərbaycan 3G xidmətlərinə görə dünyada 37-ci, Avropada 9-cu ölkədir. Yaxın 8-10 il ərzində Azərbaycan 3 istiqamətdə İKT sahəsində proqramlar həyata keçiriləcək. 1-ci istiqamət İKT infostrukturunun yaxşılaşdırılması, 2-ci İKT sahəsinin genişlənmiş sahədə inkişafı, 3-cü istiqamət İKT-nin digər sosial sahələrə nüfuz etməsidir.

Ümumdaxili məhsulun gəlir faizi informasiya kommunikasiya texnologiyaları sahəsində əldə olunan gəlir faizindən 3-4 faiz aşağıdır.

Anar


Teqlər:  





Xəbər lenti