Elnur `Eurovision`da gerilədi: 13-cü oldu

Elnur `Eurovision`da gerilədi: 13-cü oldu
  25 May 2015    Oxunub:3600
Müğənnimiz 12-ci yerdən 13-cü yerə yuvarlandı.
“Eurovision” beynəlxalq mahnı müsabiqəsi iki ölkə - Monteneqro və Makedoniyanın səslərini ləğv edib.

Oxu.Az Mirror-a istinadla xəbər verir ki, şou təşkilatçıların sözlərinə görə, buna hesablama qaydalarının pozulması səbəb olub: hər iki ölkə yalnız vətəndaşların səslərinin nəticələrini təqdim ediblər. Lakin əslində həmin ölkələrdən vətəndaşların səsləri ilə jüri səslərinin nisbəti 1/1-ə olmalı idi.

Yenidən hesablama şouda qalib gəlmiş isveçli Mons Selmerlevin nəticəsinə təsir etməyib. Lakin Monteneqrodan 8 bal alaraq, ümumi 49 balla 12-ci yerdə qərarlaşmış Azərbaycan təmsilçisi Elnur Hüseynov səslərin yenidən hesablanmasından sonra bu 8 balı itirib və beləliklə də, 41 balla 13-cü yerdə qərarlaşıb. 12-ci yerə isə 44 balı olan elə həmin Montenegro yüksəlib.


Teqlər:





Xəbər lenti