Prezident baş direktorları qəbul edib

Prezident baş direktorları qəbul edib
  30 May 2013    Oxunub:1134
İlham Əliyev UNESCO-nun və İSESCO-nun baş direktorlarını qəbul edib.
Prezident İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib.

AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində və ölkələr arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsində bu cür beynəlxalq tədbirlərin önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev həmçinin, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib.

Görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olundu, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirildi.

Söhbət zamanı, həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.


Teqlər:  





Xəbər lenti