Arzu Əliyevanın filmi AzTV-də - VİDEO

Arzu Əliyevanın filmi AzTV-də - VİDEO
  08 May 2015    Oxunub:3451
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Avropa ölkələrində yayımlanmasına başlanır.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi mayın 8-də məşhur “National Geographic” kanalında ilk dəfə nümayiş olunacaq.

Qeyd edək ki, faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan layihənin rəhbəri Arzu Əliyevadır. Filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.

Film Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən istehsal olunub.

10-dan çox dilə tərcümə edilən film “National Geographic” kanalı vasitəsilə Avropanın 30-a yaxın ölkəsində yayımlanacaq.

“National Geographic” kanalı filmi mayın 9-da və 10-da təkrar göstərəcək. Hər bir ölkədə film praym-taym rejimində yayımlanacaq. Nümayiş olunduğu üç gün ərzində “Hədəf Bakıdır” filminin 50 milyondan çox tamaşaçı və ya Avropa televiziya auditoriyasının 25 faizindən çoxu tərəfindən izlənəcəyi pronozlaşdırılır.

Oxucuların diqqətinə Avropanın hər ölkəsində filmin nümayiş olunma qrafikini təqdim edirik.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi Azərbaycanda isə ilk dəfə mayın 9-da AzTV kanalı vasitəsilə nümayiş olunacaq.




Teqlər:  





Xəbər lenti