`Əli və Nino`nun yeni siması - FOTOLAR

`Əli və Nino`nun yeni siması - FOTOLAR
  29 Aprel 2015    Oxunub:7805
Yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilən eyniadlı filmin iki həftəlik İstanbul çəkilişləri başlayıb.
Filmin prodüseri Kris Tikyer bildirib ki, artıq çəkiliş heyətinə daha bir məşhur türk aktyoru qatılıb. Onun sözlərinə görə, Halit Ergençlə yanaşı, aktyor Ekin Koç "Əli və Nino"nun heyətinə daxil edilib.

Bəs Ekin Koç kimdir?

E.Koç 1992-ci il 21 iyunda Antayada anadan olub. Anası bank işçisi, atası isə turizmçidir.

Hazırda İstanbul Bilgi Universitetində təhsil alır. Boyu 1.80 olan aktyor eyni zamanda basketbol, şahmat, tennis, futbol və gitara təhsili alıb.

O, “Benim Adım Gültepe”, “Sana Bir Sır Vereceğim” adlı seriallarda, “Senden bana kalan” adlı filmdə rol alıb.

Xatırladaq ki, "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti ("Yolda", "Çərpələng uçuran", "Motosikletçinin gündəliyi"), quruluşçu operator Gökhan Tiryaki ("Qış yuxusu", "Bir dəfə Anadoluda"), redaktor Aleksandr Berner ("Yupiterin yüksəlişi", "Buludlu atlas", "Hesablaşma") də daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

AzVision.az Ekin Koçun fotolarını təqdim edir:

Sevinc

Qalereya




Teqlər:  





Xəbər lenti