BMT də “erməni soyqırımı"nı tanımır

BMT də “erməni soyqırımı"nı tanımır
  14 Aprel 2015    Oxunub:2323
Pan Gi Munun rəsmi nümayəndəsi bəyanatla çıxış etdi
BMT-nin baş katibi Pan Gi Mun Osmanlı imperiyasında ermənilərin sıxışdırılmasını “dəhşətli cinayət” hesab etsə də, “soyqırım” terminindən istifadə etməyə tələsmir və ölkələri 100 il əvvəl baş vermiş hadisələrin faktlarını müəyyənləşdirmək məqsədilə əməkdaşlığı davam etdirməyə çağırır.

Oxu.az xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik bildirib.

Onun sözlərinə görə, ümumdünya təşkilatının katibliyində ötən bazar 1915-1916-cı illərdə ermənilərin kütləvi qətli və sıxışdırılmasını “XX-ci əsrin ilk soyqırımı” adlandırmış Roma Papası Fransiskin fikirlərini nəzərə alıblar.

Cüarrik qeyd edib ki, Pan Gi Mun “aprelin 24-də Ermənistanda və digər ölkələrdə 1915-ci ilin faciəli hadisələrinin 100 illiyinin qeyd olunacağını yaxşı xatırlayır”, bununla belə, “baş vermiş hadisənin təsnifatlaşdırılması ilə bağlı məsələnin həssaslığını da dərk edir”.

“Baş katib əmindir ki, bu tarixin qeyd edilməsi, 1915-ci ilin faciəli hadisələrinin yad edilməsi, həmçinin baş verənlər ətrafında faktların müəyyənləşdirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi bizim gələcəkdə belə hadisələrin təkrarlanmamasına yönəlmiş ümumi səylərimizi möhkəmləndirməlidir”, - baş katibin rəsmi nümayəndəsi bildirib.

Xatırladaq ki, Roma Papasının Vatikanda Müqəddəs Pyotr kilsəsində, erməni prezidenti Serj Sərkisyanın iştirak etdiyi mərasimdəki bəyanatı Türkiyədə kəskin reaksiyaya səbəb olub.


Teqlər:





Xəbər lenti