Diktatorun `ölən` arvadı üzə çıxdı - FOTO

Diktatorun `ölən` arvadı üzə çıxdı - FOTO
  14 Aprel 2015    Oxunub:4014
Şimali Koreya lideri Kim Çen Inın arvadı, məşhur müğənni Li Sol Çu bu ilin əvvəlində ilk dəfə ictimaiyyət arasına çıxıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kim Çen In həyat yoldaşı ilə birgə futbol oyununa baxıb.

“Partiyamızın və xalqımızın rəhbəri, sevimli yoldaş Kim Çen In yoldaş Li Sol Çu ilə birgə prezident tribunasında olublar”, - deyə Şimali Koreyanın dövlət qəzeti yazıb.

Cənubi Koreyanın “Renhap” agentliyi vurğulayır ki, sonuncu dəfə diktatorun arvadı Li Sol Çu dekabrın 17-i Kim Çen Inın atası, ölkənin sabiq lideri Kim Çen İrin anım mərasimləri ilə bağlı tədbirlərə qatılmışdı.

Qeyd edək ki, bəzi Qərb KİV-ləri Şimali Koreya liderinin öz həyat yoldaşını öldürməsi ilə bağlı xəbərlər yayırdılar. Birinci xanımın çoxdandır ictimaiyyət arasında çıxmaması ilə bu şayiələri gücləndirirdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti