“Özlərini xanım kimi aparmırlar” – Vaqif Əsədov

“Özlərini xanım kimi aparmırlar” – Vaqif Əsədov
  02 Aprel 2015    Oxunub:6860
“Bəzi xanım sürücülər xanımlığından istifadə edirlər”.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Son vaxtlar sərxoş halda avtomobil idarə edən xanım sürücülərin artdığını deyən DYP əməkdaşı qayda pozan sürücülərə qədər ciddi tədbirlərin görüləcəyini deyib.

“Əslində bu qanun pozuntusu ilə bərabər bizim mentalitetimizə də zidd bir əməldir. Sükan arxasında kim olursa-olsun, törətdiyi xətaya görə məsuliyyətə cəlb ediləcək. Spirtli içkinin təsiri altında sükan arxasında əyləşən xanımlar var ki, polisin qanuni saxlama işarəsinə əhəmiyyət vermək istəmirlər. Unutmasınlar ki, xanımlar arasında polisin qanuni tələbini yerinə yetirilməməsinə görə, həbs cəzası alanlar da olub. Xanım özünü xanım kimi aparmalıdır. Təəssüflər olsun ki, özlərini əsl Azərbaycan xanımı kimi aparmayanlara da rast gəlirik. İçkili halda polis əməkdaşının qanuni tələbini yerinə yetirməmək müzakirə edə bilməz. Qanunun tələblərini hər kəs yerinə yetirməlidir”.

Xatırladaq ki, paytaxtda bu ilin 3 ayı ərzində avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Qaydaları pozanlar arasında zərif cinsin nümayəndələrinə də rast gəlinib. 120-dən artıq xanım sürücü içkili halda sükan arxasında əyləşdiyi üçün inzibati məsuliyyətə cəlb olunub və barələrində protokol tərtib edilib. Sürücülər arasında sərxoşluq faktının ötən illə müqayisədə daha da artdığı bildirilir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti