Kiyevdən Putinə qaz zərbəsi

Kiyevdən Putinə qaz zərbəsi
  24 Mart 2015    Oxunub:2749
Ukrayna Rusiyadan qaz idxalını dayandırır.
AzVision.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, Ukraynanın energetika və kömür sənayesi naziri Vladmir Demçişin bu barədə verdiyi açıqlamada Rusiya qazının qiymətinin yüksək olduğunu deyib.

"Ukrayna çox güman ki, bu il aprelin 1-dən Rusiya qazının idxalını tam dayandıracaq və ya kiçik həcmdə tədarük edəcək".

O qeyd edib ki, Rusiya qazını Avropa qazından baha qiymətə almağın mənası yoxdur.

Rusiya tərəfi isə ukraynalı nazirin dediklərinə hələlik münasibət bildirməyib.

Xatırladaq ki, rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqində separatçılarla dəstək verməkdə ittiham edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti