Putin nazirə orden verdi

Putin nazirə orden verdi
  23 Mart 2015    Oxunub:1897
Rusiya prezidenti Vladimir Putin komandasının əsas və aparıcı üzvlərindən olan xarici işlər naziri Sergey Lavrovu təltif edib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı martın 21-də imzaladağı sərəncamla S.Lavrovu "Vətən qarşısındakı diplomatik xidmətlərinə görə" ali dövlət ordeninə layiq görüb.

Bildirək ki, İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (VSİOM) sosiaoloji sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, Rusiya vətəndaşları prezident Vladimir Putinə və onun komandasına inanırlar və ona etibar edirlər. Əhalinin 93%-i Vladimir Putinin söykənə biləcəyi yaxşı komandaya sahib olduğunu düşünür. Onlardan 37%-i əmindir ki, dövlət başçısının komandası əsasən peşəkarlardan ibarətdir.

Ekspertlərin fikrincə, V.Putin komandasının sədaqətli üzvlərini mükafatlandırmaqla gələcək çətin günlərdə özünün tək qalmaması üçün təcrübəli kadrları özünə daha sıx bağlayır. Çünki bəzi Qərb media orqanlarında Rusiya hakimiyyətində daha dərin böhran yaranacağı təqdirdə, komanda üzvlərinin Putini tərk edəcəyi iddiası yer alıb. Putin isə bu addımlarla hakimiyyətini gələcək təhlükələrdən qoruyur.

Xatırladaq ki, S.Lavrovun 65 yaşı tamam olub və o, 2004-cü ildən bu vəzifədə çalışır. XİN rəhbəri Vətən qarşısındakı xidmətləri sahəsində indiyədək Rusiyada mövcud olan 4 mükafatın hamısına layiq görülüb.


Teqlər:  





Xəbər lenti