Olimpiya çempionunun meyiti tapıldı

Olimpiya çempionunun meyiti tapıldı
  21 Mart 2015    Oxunub:1673
2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarının qalibi, bolqarıstanlı ağır atlet Milen Dobrevin meyiti tapılıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 35 yaşlı ağırlıqqaldıranın meyiti Plovdiv şəhərindəki evində aşkar edilib.

Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Ölümün səbəbləri hələlik məlum deyil.

M. Dobrev Afinada keçirilmiş Olimpiadada 94 kq çəki dərəcəsində çempion olub. Bundan başqa, o, bir dəfə dünya, iki dəfə isə Avropa çempionu adını qazanıb.


Teqlər:





Xəbər lenti