Diplomat 2010-cu ildə BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olunduğunu və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunması haqda qərar qəbul edildiyini xatırladıb. Ə. Cəlali Novruz bayramının özündə hər bir xalqın adət və ənənələrini əks etdirməsinə baxmayaraq, ümumən böyük şənliklə keçirildiyini vurğulayıb.
Qonaqları Novruz bayramı münasibətilə təbrik edən UNESCO-nun baş direktoru İrina Bokova mənəvi dəyərlərin və humanizm ideyalarının çarcısı olan Novruzun insanları birliyə, sülhə, dostluğa və əmin-amanlığa çağırış ruhunu yüksək dəyərləndirib.
Sonda hind musiqiçilərinin ifasında musiqi nömrələri səslənib və iştirakçıllara Novruz bayramının qeyd edildiyi ölkələrin milli mətbəx nümunələri təqdim olunub.
Həmişə olduğu kimi, Azərbaycanın zəngin mətbəxinin nümunələrindən olan yarpaq dolması və digər təamlar iştirakçıların böyük marağına səbəb olub.
AzərTac