Möhtəşəm günə 100 gün qaldı

Möhtəşəm günə 100 gün qaldı
  04 Mart 2015    Oxunub:2754
Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq 100 gün qalıb.

AzVision.az xəbər verir ki, mötəbər yarış bu ilin iyun ayının 12-də start götürəcək.

Əlamətdar günlə bağlı bu gün Bakı I Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən mətbuat konfransı keçirəcək. Konfransda Avropa Oyunlarının biletlərinin satışı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəl estafeti aprelin 25-də start götürəcək və Azərbaycanın 51 şəhərini əhatə edəcək. 20 növ üzrə təşkil olunacaq I Avropa Oyunları 17 gün davam edəcək. Bu yarış ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti