Müsəlman biznesmen “Euronews”u alır

Müsəlman biznesmen “Euronews”u alır
  27 Fevral 2015    Oxunub:2562
Məşhur misirli biznesmen Naqib Saviris “Euronews” telekanalına nəzarət paketini almağı planlaşdırır.
Bu barədə AzVision.az “The Hollywood Reporter”ə istinadən xəbər verir.

Məlumata əsasən misirli biznesmen kanala görə 35 milyon avro ödəməyə hazırdır.

Artıq “Euronews” telekanalı da Savirisdən təsdiq mesaj gəldiyini təsdiqləyib. Əgər tərəflər razılığa gəlsələr biznesmenin telekanalda payı 53% təşkil edib.

Jurnal vurğulayır ki, Saviris Misir telekommunikasiya bazarının əsas oyunçusudur. “Euronews”la potensial razılaşma sahibkara Avropa bazarına çıxmağa imkan verəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti