Rusiya Türkiyə üçün qazı ucuzlaşdırdı

Rusiya Türkiyə üçün qazı ucuzlaşdırdı
  27 Fevral 2015    Oxunub:1631
Rusiya Türkiyəyə satdığı təbii qazın qiymətinə endirim edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazir qeyd edib ki, Rusiya ilə aparılan danışıqlar nəticəsində Türkiyəyə satılan təbii qazın qiyməti 10,25% ucuzlaşıb. Amma bu ucuzlaşma əhaliyə verilən təbii qaza şamil edilməyəcək:

“Fevral və mart aylarında əhaliyə verilən təbii qazın qiymətində dəyişiklik olmayacaq. Hazırda Türkiyədəki qiymətlər 2008-ci ilin noyabrında müəyyən olunan qiymətlərdir. Türkiyə 28 Avropa Birliyi ölkəsi arasında ən ucuz qaz satan ölkədir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti