Afinada xalq ayağa qalxdı - FOTOLAR
Şəhərin mərkəzində, Afina Universitetinin qarşısında keçirilən aksiyada təxminən 300 nəfərə yaxın nümayişçi qatılıb. Onlar parlamentin yerləşdiyi Sintaqma Meydanına yürüş edib.
Aksiya zamanı təhlükəsizlik qüvvələrinə daş və molotov kokteyli atan etirazçılara polis gözyaşardıcı qazla müdaxilə edib. Bundaa sonra qarşıdurma yaranıb və aksiya iştirakçıları iş yerləri, bankların, avtobus dayanacaqlarının pəncərələrini sındırıb. Dayanacaqlardakı onlarla avtomobil yandırılıb.
İlkin məlumatlara görə, aksiya zamanı ölən və yaralanan olmayıb.
Fatimə Kərimli