İŞİD 100 nəfəri edam etdi

İŞİD 100 nəfəri edam etdi
  27 Fevral 2015    Oxunub:2081
Suriyanın şimal-şərqində İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları Hörmüz kəndində 100-dən çox assuriyalını qətlə yetirib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Kürd özünümüdafiə dəstəsinin komandiri Ruidur Halili bildirib.

“İŞİD üzvləri Əl-Cəzirə vilayətindəki məğlubiyyətlərinin qısasını dinc əhalidən alır. Bizim hamımız –kürdlər, ərəblər və assuriyalılara dərin yara vurulub”, -deyə Halili bəyan edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti