“Avropanı gözləmək niyyətində deyilik” – Türkiyəli nazir

“Avropanı gözləmək niyyətində deyilik” – Türkiyəli nazir
  26 Fevral 2015    Oxunub:1793
Türkiyə Aİ üzvlük üçün daha 50 ildə gözləyə bilməz.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyada səfərdə olan Türkiyənin Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Volkan Bozkır bildirib.

“Bizim ilk hədəfimiz iqtisadi inkişafa nail olmaqdır və biz buna nail olmuşuq. Bizim hazırkı hədəfimiz Aİ standartlarına nail olmaqdır”, - deyə Bozkır vurğulayıb.

Qeyd edək ki, Aİ və Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. 1987-ci ildə rəsmi Ankara quruma üzvlüklə bağlı ərizə verib. Lakin quruma üzlüklə bağlı danışıqlar 2005-ci ildə başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti