Ruslar separatçılara pulsuz qaz verəcək

Ruslar separatçılara pulsuz qaz verəcək
  26 Fevral 2015    Oxunub:1198
Ehtiyac olacağı təqdirdə Rusiya təcili şəkildə Donbas regionuna pulsuz qaz tədarükü məsələsini nəzərdən keçirəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Putinin mətbuat köməkçisi Dmitriy Peskov bildirib.

“Mən hazırda qaz tədarükləri barədə danışa bilmərəm. Təbii ki, ehtiyac olacağı təqdirdə biz təcili olaraq bu məsələyə baxacağıq. Lakin Rusiyanın bu regiona böyük həcmdə yardım göndərir”, - deyə Peskov bildirib.

Peskov eyni zamanda vurğulayıb ki, ATƏT-də həmin regionda humanitar böhranın yaşandığını təsdiqləyib: “Energetik blokada isə bu humanitar böhranı daha da dərinləşdirəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti