Nalbandyan: “Girovlarını qaytarmayacağıq”
Nalbandyan Kəlbəcər girovlarının Azərbaycana geri qaytarılması ilə bağlı məsələ gündəmdə belə deyil. Bundan əlavə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Yerevanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana geri qaytarılması barədə məsələni qaldırmaları barədə yayılan məlumatları da təkzib edib: “Həmsədrlərin Yerevana səfəri zamanı ümumiyyətlə bu məsələyə toxunulmayıb”.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Eldar Tanrıverdiyev
AzVision.az