Kəlbəcər girovlarının `məhkəmə`si marta qaldı

Kəlbəcər girovlarının `məhkəmə`si marta qaldı
  26 Fevral 2015    Oxunub:1778
Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` prosesi başa çatıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Apelyasiya məhkəməsi”ində Şahbaz Quliyev və Dilqəm Əsgərov, həmçinin onların qondarma “vəkil”ləri də çıxış edib. Girovlarımız onlara qarşı səsləndirilən “ittihamları” qəti şəkildə rədd ediblər.

Erməni KİV-inin yaydığı məlumata görə, girovlarla bağlı son qərar martın 10-da keçiləcək `məhkəmə` prosesində veriləcək.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti