TBMM-də Xocalı sərgisi
Mərasimdə Türkiyə Millət Məclisinin sədr müavini xanım Meral Akşənər, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Milli Məclisin üzvü Elman Məmmədov, AMEA-nın tarixçi alimləri, Xocalı soyqırımı hadisəsinin şahidləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, yerli media və QHT nümayəndələri iştirak edib.
Sərgini giriş sözü ilə açan Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Xocali soyqırımının, həmçinin tarixdə soydaşlarımıza qarşı törədilən digər soyqırım aktlarının dünyada tanıdılması üçün birgə çalışmaların əhəmiyyətindən danışaraq təşkil olunan sərginin bu istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb. Açılış mərasimindən sonra Xocalı soyqırımının şahidləri nümayiş olunan şəkillər və əşyalar haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat veriblər.
Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin Ermənistan tərəfindən zəpt olunmasından əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər nümayiş olunub, iştirakçılara Qarabağ həqiqətlərinə dair kitablar paylanılıb.
Teqlər: