Nazirlik dərmanların qiymətini aşağı saldı - RƏSMİ
![Nazirlik dərmanların qiymətini aşağı saldı - RƏSMİ Nazirlik dərmanların qiymətini aşağı saldı - RƏSMİ](https://azvision.az/photos/Derman-hebler.jpg)
Nazirliyin mətbuat xidmətindən AzVision .az-a daxil olan məlumatda bildirilir ki, dərmanların qiymətləri əvvəlki səviyyəyə qaytarılıb:
`Dərman preparatlarının qiymətlərinin artması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir`.
Sevinc İltifatqızı