“Azərcell”dən baş nazirliyə gedən yol... - FOTOLAR

“Azərcell”dən baş nazirliyə gedən yol... - FOTOLAR
  19 Fevral 2015    Oxunub:16514
Moldova parlamenti ötən gün "Azercell" şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş nazir postuna namizədliyini təsdiq edib. 60-dan çox deputatın dəstəklədiyi Qaburiç Azərbaycanda kifayət qədər tanınan şəxsdir.

O, 2012-c ildə o, Azərbaycanda “Azercell” şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, “Teliasonera Group” şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.

Kirill Qaburiçin özünəməxsus üç şirkəti, həmçinin paytaxt Kişinyovun mərkəzi hesab olunan “Telemərkəz” mikraroyununda elit evə malikdir.

Rabitə şirkəti olan “Moldcell”in sabiq rəhbəri, “Azercell”in isə sabiq baş direktoru kənd təsərrüfatı sahəsində ixtisaslaşan “Green Property SRL” şirkətinin tək səhmdarıdır. Şirkəti “Moldova Suverană” qəzetinin və “Universul” nəşriyyatının sabiq rəhbəri Konstantin Andreyevanın qızı idarə edir.

Steluça Andreyeva eyni zamanda Kirill Qaburiçin daha bir şirkətinə – “M-Docs SRL”-də rəhbərlik edir.

Qaburiç bu şirkətin səhmlərinin 33%-nə malikdir. Onun bu şirkətdə biznes tərəfdaşları George Nikolesku (34%) və Moldova mərkəzi Seçki Komissiyasının sədri Yuri Çokanın bacısı Liliana İlieskudur (33%).

Moldovanın yeni baş naziri üçüncü şirkəti isə “Halat-Auto SRL”-dir. Onun kapitalı 4,6 milyon Moldova leyi (190,635 min manat) dəyərində qiymətləndirilir. Şirkət avtomobil satışı ilə məşğuldur. Bundan əlavə Qaburiçin şirkəti avtonəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər də təklif edir. Ona isə Vitali Qançu rəhbərlik edir.

Kirill Qaburiç paytaxt Kişinyovun mərkəzi hissəsi hesab edilən “Telemərkəz” mikraroyununda ümumi ərazisi 152 kvadrat metr olan elit evdə yaşayır.

Ekspertlər onun evinin dəyərinin 7 milyon ley ( 290 min manat) olduğunu bildirilər. Qaburiç evi 2005-ci ildə Moldovanın Türkiyə Respublikasındakı fəxri konsulu, biznesmen Halim Ateşdən alıb. Qaburiç və Ateş həm “Moldcell” və “Azercell” şirkətlərində rəhbər vəzifələri tutub.



Kiril Qaburiçin 38 yaşı var. O, Xınçeşst rayonunun Loqaneştı kəndində anadan olub.

O, Slavyan universitetinin iqtisadiyyat fakültəsini bitirib. Kirill Qaburiç dörd il (2008-2012) Moldovada mobil rabitə şirkətlərindən birinin - "Moldcell" şirkətinin baş direktoru vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub.

2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.

2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürüb.

Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləyib. Nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilib.

Qaburiç evlidir, iki oğlu var. O həyat yoldaşı ilə ictimai nəqliyyatda tanış olub. Qaburiçin sözlərinə görə, qazandığı uğurların arxasında ailəsi və həyat yoldaşı durur.








Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti