YAP parlament seçkilərinə kimlərlə gedir? – Müsahibə

YAP parlament seçkilərinə kimlərlə gedir? – Müsahibə
  19 Fevral 2015    Oxunub:4931
“Əgər seçici bu gün həmin insanları qəbul edirsə, onlara səs verəcəksə , namizədliklərini verəcəklər və deputat olacaqlar”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov AzVision.az-a müsahibəsində bu il keçiriləcək parlament seçkilərinə hazırlıq məsələsi, partiyada gəncləşmə prossesinin aparılması, namizədlərin siyahısı və yerdəyişmələrlə bağlı bir sıra ciddi məqamlara toxunub.


- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə necə hazırlaşır?

-YAP seçkilərlə bağlı artıq qərar qəbul edib. Partiyanın seçki ilə əlaqədar olaraq fəaliyyət planı təsdiqlənib. YAP-ın müşavirəsində də parlament seçkilərinə hazılıq barədə xüsusi göstərişlər verilib. Bununla bağlı partiyanın yerli rayon, şəhər qərargahlarına, bölmələrinə tövsiyyələr və proqramlar verilib. Orada qeyd olunub ki, həmin idarələr ilkin mərhələ üçün öz hazırlıq prosseslərini davam etdirsinlər. Bura seçki qərargahlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların seçki vəziyyətinə gətirilməsi, iş təşkilatlarının fəaliyyətləri məsələləri daxildir. Həmin iş təşkilatları məntəqələr ətrafında yaradılıblar. Hər bir məntəqə ətrafında bizim bir iş təşkilatımız fəaliyyət göstərir.

-Seçicilərin siyahısının müəyyənləşdirilməsi ilə bağlı hansı işlər görülür?

-Seçicilərlə bağlı işlər aparılır. Yerdəyişmələr çoxdur. Bununla əlaqədar olaraq seçici siyahıları dəqiqləşdirilir və mütəmadi olaraq onlar yenilənir. Hər məntəqə üzrə yaşayan seçicilərin siyasi mənsubiyyəti, partiyalılığı, məşğulluğu öyrənilir. Yeni seçicilərin bir növ tədqiqatı aparılır. Hər məntəqəyə 3 nəfər təhkim etmişik. Həmin şəxslər üçün biz teninqlər keçirik. Treninqlərdən sonra onlar siyahılar hazırlayırlar.

- Siyavuş müəllim, mətbuatda parlament seçkiləri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bildirilir ki, YAP seçkilərə fərqli siyahı ilə gedəcək, hətta hazırki YAP-çı deputatların bir çoxunun siyahıdan çıxarılacağı deyilir. Bu haqda nə deyə bilərsiniz: Dəyişiklik olacaqmı?

-Namizədlərin özləri ilə də bağlı tədqiqat işləri aparılır. Yəni onların fəaliyyəti, həm Milli Məclisdə qanunvericilik təşəbbüsləri, həm beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil etmələri, seçicilərlə görüşləri, onların problemləri ilə maraqlanmaları, bununla əlaqədar olaraq qaldırdıqları məsələlərin həlli ilə bağlı gördükləri işlərin təhliləri aparılır. Bunlar yekunlaşdıqdan sonra artıq müəyyən olunacaq ki, hansı deputatın təkrar namizədliyi irəli sürüləcək və ya sürülməyəcək.

- YAP-ın namizədlər siyahısında gənclərə üstünlük veriləcəkmi?

-Süni şəkildə gəncləşmə məsələsi yalan məlumatlardır. Bu seçicinin arzu-istəyi ilə bağlı olan bir məsələdir. Bu yaşdan aslı deyil. Əgər seçici bu gün həmin insanları qəbul edirsə, onlara səs verəcəksə,onlar namizədliklərini də verəcəklər və parlamentə də üzv olacaqlar. Yaş məsələsi önəm daşımır.

-Məmur, nazir övladlarının bu il YAP-dan namizədliklərini verəcəkləri ilə bağlı mətbuatda məlumatlar yayılır. Qeyd olunub ki, artıq bununla bağlı həmin şəxslər tərəfindən müəyyən fəaliyyətlər həyata keçirilir. Bu məlumatlar nə dərəcədə doğrudur?

-Həmin məlumatlar təxribatdır. Belə bir şey yoxdur. Yazılanlar yalandır.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti