Tolqa Karel Günayı məhkəməyə verdi

Tolqa Karel Günayı məhkəməyə verdi
  09 Fevral 2015    Oxunub:1906
Azərbaycanlı model Günay Musayeva ilə evlənən türkiyəli aktyor Tolqa Karel həyat yoldaşının sürücüsü tərəfindən hücuma məruz qaldığını iddia edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yanvarın 26-da sürücü tərəfindən silahlı hücuma məruz qaldığını əsas gətirərək məhkəməyə müraciət edib.

Aktyor deyib ki, hadisə iki aydır ki, ayrı yaşadığı həyat yoldaşı Günay Musayevanın evinin avtomobil dayanacağında baş verib:

“Həyat yoldaşımı və oğlumu görmək istəyirdim, yoldaşımın telefonu bağlı olduğuna görə evinə getdim. Qapını döydüm, heç kim açmadı. Avtomobil dayancağına düşdüm. İki nəfər məni təhqir etdi, onlardan biri isə iki dəfə silahdan atəş açdı. Həmin adam həyat yoldaşımın sürücüsü idi. Bunu Günay etdirib”.

Günay Musayvea isə aktyorun iddialarının əsassız olduğunu deyib: “Səhər saat 06:00 radələrində sərxoş halda gəldi və evi dağıtdı. Daha sonra baş verənlərdən xəbərim yoxdur”.

Bəzi günlər Günay Musayevanın sürücülüyünü edən Özkan Bəkir isə açıqlamasında bildirib ki, onun ümumiyyətlə silahı yoxdur: “Günay xanım dedi ki, Tolqa bəy sərxoş halda evə gəlib, mən də bunu eşidib yanına getdim. Tolqa bəy məni söydü, mən də sillə vurdum. Mənim silahım yoxdur”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti