`Qarabağ üçün oxu`nun studiya yazılışları – KADRARXASI VİDEO
Layihənin bədii rəhbəri, gənc müğənni və aranjmançı Rəmal Rəsul AzVision.az-a bildirib ki, hazırda musiqi alətlərinin studiyada yazılması proses gedir. Daha sonra vokalçılar yazılacaq, ardınca natura çəkilişləri başlayacaq.
- Layihədə xeyli müxtəlif musiqi janrlarından istifadə və çox fərqli alətlərinin cəlb olunması ilə 3 mahnı ifa edilir. Bizə artıq çoxlu musiqiçi qoşulub, müraciətlər hələ də davam edir. Onların arasında həm peşəkar, həm də həvəskar musiqiçilər var.
Layihənin nə zaman hazır olacağı haqda suala Rəmal Rəsul belə cavab verib: “Olduqca böyük həcmdə iş görülməlidir. Mən və komandamız sürətlə çalışsaq, düşünürəm ki, mart ayına işləri tamamlaya və xalqımıza gözəl bir Novruz hədiyyəsi edə bilərik”.
AzVision.az