Məşhur aktyorun oğlu həbs edildi

Məşhur aktyorun oğlu həbs edildi
  09 Yanvar 2015    Oxunub:2019
Məşhur aktyor Ceki Çanın oğlu Pekində məhkəmənin hökmü ilə yarım illik həbs edilib. O, narkopriton saxlamaqda suçlu bilinir.

32 yaşlı Ceysi Çan sentyabr ayında Tayvanın tanınmış aktyoru, 23 yaşlı Ke Çjendun ilə birlikdə tutulmuşdu. Testlər onun narkotikadan istifadə etdiyini göstərəndən sonra, Ceysinin evindən 100 qram marixuana tapılmışdı.

Qeyd edək ki, Ceki Çan 2009-cu ildə narkotika ilə mübarizə sahəsində xoşməramlı səfir adına layiq görülmüşdü.

AzVision.az


Teqlər:  





Xəbər lenti