“Deputat olmaq istəmirəm” – məşhur aktyor

“Deputat olmaq istəmirəm” – məşhur aktyor
  08 Yanvar 2015    Oxunub:2526
Türkiyədə kürd probleminin həlli çərçivəsində yaradılan "Akıl insanlar" (Ağıllı insanlar) qrupuna daxil olan məşhur sənətçi Kadir İnanırın cari ildə keçiriləcək deputat seçkilərində namizəd olması ilə bağlı yerli mətbuatda məlumatlar yayılıb.
Bildirilib ki, Kadir İnanır HDP-nin (Xalqların Demokratiya Partiyası) İstanbuldan namizədi olacaq.

Bu iddialarla bağlı məşhur aktyor açıqlama verib. O, heç vaxt siyasətə qarışmaq istəmədiyini qeyd edib:

“Mən aktiv siyasəti heç vaxt düşünməsim. Belə niyyətim olsa idi, 35 il əvvəl qəbul edərdim. Mənə hər dəfə deputat olmağım üçün təklif gəldi amma mən mesajlarımı filmlərimlə vermək istədim. Yəni mənə HDP-dən belə bir təklif gəlməb, gəlsə də qəbul etmərəm”.

Sevinc


Teqlər:





Xəbər lenti