Qardan sonra yollarda vəziyyət necədir ? - AÇIQLAMA

Qardan sonra yollarda vəziyyət necədir ? - AÇIQLAMA
  08 Yanvar 2015    Oxunub:2280
Ölkəmizdə bu gün səhər saatlarından başlayaraq güclü qarın yağması yollarda müəyyən problemlər yaradıb. Bəzi rayonlarda qarın bir neçə santimetrə çatması sürücülərin görmə məsafəsini sıfra endirib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a bildirib ki, hazırda heç bir yolda hərəkət məhdudiyyəti yoxdur.

DYP rəsmisinin sözlərinə görə, bir neçə dəqiqə əvvəl Lənkəran yolunda leysan xarakterli yağışın, Muğanlı-İsmayıllı yolunda qarın yağıntısı güclənib. Lakin qalan yollarda heç bir buzlaşma yoxdur, bütün yollarda nəqliyyatın hərəkəti var:

“Muğanlı-İsmayıllı yolunda yağıntının güclənməsi ilə bağlı nəqliyyatın hərəkətində azalma müşahidə olunur. Stansianar postlarda sürücülərə də xəbərdarlıq olunur ki, ərazi müəyyən məsafə təşkil etdiyindən, xüsusilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyyə olunur”.

Yol polisinin gücləndirilmiş iş rejiminə keçməsinə gəlincə, K.Əliyev hesab edir ki, hazırda bütün respublika yollarında nəqliyyatın hərəkəti normaldır, bu baxımdan DYP rəsmiləri adi qaydada işlərini davam etdirirlər:

“Elə güclü qar yağmayıb ki, yollarda buzlaşma olsun, hərəkətdə çətinlik olun. Lakin Dövlət Yol Polisi istənilən kritik vəziyyətə hazırdır. Yəni sürücülər narahat olmasınlar. Bəzi postlarda, aşırımlar olan yollardan əvvəl olan stasionar postlarda artıq yollarda vəziyyət dəyişəndə həmişə sürücülərə məlumat verilir.sürücülər üçün xüsusi tablolar da var. Onlar həmin tablo vasitəsilə yollarda vəziyyəti və hansı avtomobilin hansı əraziyə getməsi bir qədər təhlükə yaradarsa həmin istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Lakin hələ ki, belə məhdudiyyətin qoyulmasına ehtiyac yoxdur”-deyə Kamra Əliyev bildirib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:





Xəbər lenti