`Heç vaxt nazirə, icra başçısına ağız açmamışam` - Əməkdar artist
"Oğullarımın ikisi də ali təhsillidir. Sağolsun dostlarım hər bir işlərində onlara dəstək olublar. Dostlarımın arasında rəhbərlikdə işləyənlər də, nazirlər də, icra başçıları da var. Heç vaxt onlara öz işimə görə ağız açmamışam.
Elə buna görə də həmişə hörmətimi saxlayıblar. Allah Mübariz müəllimin canını sağ eləsin. Sağlığım üçün milyonlar tökdü. Yaşadığım müddətdə kefimi çəkmişdim, ölsəm də heç bir mənası yox idi. Mən səhnədə mikrofon əlimdə də dünyamı dəyişə bilərəm. Əməliyyatdan qayıtdıqdan sonra Masallıda bağ evimi təmir etdirdim, şəhərdə ev aldım, övladlarımı evləndirdim. Pulları üst-üstə yığmaqdansa, yaxşı yaşamağıma xərcləmişəm", - B.Əşrəfov deyib.
Teqlər: