İlham Əliyev Abdulla Gülə başsağlığı verdi

İlham Əliyev Abdulla Gülə başsağlığı verdi
  13 May 2013    Oxunub:1213
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdulla Gülə başsağlığı məktubu göndərib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Əziz qardaşım. Hatay vilayətinin Reyhanlı şəhərində törədılmiş amansız terror aktları nəticəsində çoxlu sayda insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"


Teqlər:  





Xəbər lenti