Bakı susuz qalacaq

Bakı susuz qalacaq
  17 Dekabr 2014    Oxunub:1365
Bakının bir neçə ərazisində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindən keçən 500 mm diametrli magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 17 dekabr 2014-cü il tarixdə gün ərzində Ə.Ələkbərov, M.Müşfiq, Ş.Mehdiyev, İ.Qutqaşenli küçələrinin bir hissəsinə, 507, 511, 522, 528, 534, 535, 547, 559, 560, 565-ci məhəllələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti