Milli Məclis bir neçə sazişi təsdiqlədi

Milli Məclis bir neçə sazişi təsdiqlədi
  16 Dekabr 2014    Oxunub:1321
Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizi ilə bağlı bir neçə sazişi təsdiq olunub.
AzVision.az xəbər verir ki, iclasda “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında”, “Xəzər dənizinin
hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” və “Xəzər dənizinin su bioloji
resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” sazişlər müzakirəyə
çıxarılıb.

Hər üç sənəd səsə qoyularaq təsdiq olunub.

Anar


Teqlər:  





Xəbər lenti