`Bizdə oğul anasını, qayınana gəlinini öldürür`

`Bizdə oğul anasını, qayınana gəlinini öldürür`
  16 Dekabr 2014    Oxunub:2161
Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında son günlər ölkədə artan məişət zorakılığı ilə bağlı çıxış edib.
AzVision.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, ölkəmizdə ailə üzvləri bir-birini qırır, oğul anasını, qaynana gəlinini, nəvəsini öldürür:

“Biz təcili bu vəziyyətdən çıxış yolunu tapmalıyıq. Azərbayvcanda bu işlərə nəzarət komitəsi var. Bəlkə bu komitənin səlahiyyətləri artırılsın. Bundan başqa sahə müvəkkilli institunua yenidən qurulmalıdır və fərqli formada dirçəlməlidir. Sahə müvəkkiləri vəzifəsinə ən aşağı rütbəli şəxslər təyin olunur. Eyni zamanda onların maaşı azdır. Hesab edirəm ki, onların səlahiyyətləri genişləndirilməli və artırılmalıdır. Onlar ərazidə yaşayan münaqişəli aliləri siyahıya alsınlar. O ailələrdə olan içki düşkünləri, psixoloji problemləri olanları, narkomanları nəzarətdə saxlasınlar. Əks halda ailə institutu zədələnəcək”.

Millət vəkili Zahid Oruc da millət vəkilinin çıxışına əlavə olaraq qeyd edib ki, ölkədə səsli-küylü cinayətlər artıb: “Azərbaycanda sabitlik var və bəzən də haqlı olaraq bununla fəxr edirik. Bəs, niyə belə cinayətlər artır? Bunun səbəbi xaricdən ölkəmizə televiziyalar vasitəsilə daşınan filmlərdir, yoxsa psixoloji vəziyyətdir? Mən bilmirəm. Bu məsələ ciddi araşdırılmalı və parlament dinləmələri belə keçirilməlidir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti