Penitensiar müəssisənin yeni işçiləri müəyyənləşdi
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general- leytenantı Mədət Quliyev Penitensiar xidmətin Baş idarəsində gənc əməkdaşları qəbul edərək, onları xidmətə qəbul olunmaları münasibətilə Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edib. Nazir müavini gənc əməkdaşlara Penitensiar xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini nəzərlərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.
Daha sonra işə yeni qəbul olunan gənc əməkdaşları Penitensiar xidmətin tarix muzeyinə baş çəkib və maraqlı eksponatlarla yaxından tanış ediliblər.
AzVision.az