Saakaşvili: “Azərbaycanın qədrini bilməliyik”
"Mübaliğəsiz, bizim regionumuzun gələcəyi burada Bakıda, Azərbaycanda həll edilir. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstan, Ukrayna, Moldova, ümumiyyətlə, postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyi və dünyada azadlığın taleyi bu regionda, Azərbaycanda həll olunur", - Gürcüstan Prezidenti deyib.
Onun sözlərinə görə, Azərbaycanın sabitliyi və inkişafı, bütün siyasi proseslərin sakit, dinc məcrada aparılması göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək.
Gürcüstan Prezidenti regionda Azərbaycandakı sabitliyin pozulmasında maraqlı olan qüvvələrin olduğunu da vurğulayıb.
"Bu, uydurulmuş məsələ deyil. Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqinin dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər", - Saakaşvili bildirib.
Onun fikrincə, Azərbaycanın inkişaf prosesi özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyənlərin yuxusunu ərşə çəkib.
"Bu gün müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə də biz onu qorumalıyıq", - Prezident deyib.(trend)
Qeyd edək ki, Mixail Azərbaycan paytaxtında keçirilən I Qafqaz Foumunun işində iştirak etmək üçün Bakıdadır.