Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mayın 6-da İstanbula yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Türkiyədə keçiriləcək IDEF-2013 on birinci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etməkdir.