Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var
  14 Noyabr 2014    Oxunub:1499
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə və yol ayırıcı dəmir çəpərlərə çırpılıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər, sürücü, 1985-ci il təvəllüdlü İsgəndərov Natiq Zirəddin oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Teqlər:





Xəbər lenti