Nazirlik yeni adaptasiya mərkəzləri tikir

Nazirlik yeni adaptasiya mərkəzləri tikir
  14 Noyabr 2014    Oxunub:1264
Sabunçu rayonun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial adaptasiya mərkəzləri tikilir.
Bu barədə AzVision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Mətbuat xidmətinin rəsmisi bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün nəzərdə tutulan sosial adaptasiya mərkəzləri növbəti ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

“Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi artıq demək olar ki, başa çatır , bu ilin sonunda istifadəyə veriləcək. Əlavə mərkəzlərin tikintisinə hələlik başlanılmayıb. Yetkinlik yaşına çatmayan uşaqlar üçün isə Sabunçu rayonun Zabrat qəsəbəsində sosial adaptasiya mərkəzləri tikilir ki, növbəti ildə də o istidaə olunacaq”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti