Rayonda yaşayan evsizlərə ŞAD XƏBƏR

Rayonda yaşayan evsizlərə ŞAD XƏBƏR
  14 Noyabr 2014    Oxunub:3031
Azərbaycanda sərhədyanı və dağlıq ərazilərdə yaşayanlara, xüsusilə gənc ailələrə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditləri veriləcək.

AzVision.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub.

Eyni zamanda həmin proqramda qeyd edilib ki, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Krediklərin verilməsi İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank, yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti