Yağış yağacaq, çiskin olacaq
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında isə az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: