“Hər kəs təhsil haqqında məlumat ala bilər”

“Hər kəs təhsil haqqında məlumat ala bilər”
  04 May 2013    Oxunub:10546
“Hər bir kəsin təhsil sahəsində olan məsələlər barədə məlumat əldə etmək hüququ var. Son iki həftə ərzində əhalinin təhsil sahəsinə olan marağını və haqqını tanıyaraq, Kütləvi İnformasiya Vasitələrinin sorğularını cavablandırırıq”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, artıq göndərilən suaların nazirlik tərəfindın cavablandırıldığını qeyd edib. “Bunlar yazılı şəkildə Təhsil Nazirliyinin veb saytında var”.

Daha sonra nazir dərsliklərdə problemlərlə bağlı çıxışında danışdığını vurğulayaraq bildirib ki, Təhsil Nazirliyindən çox maraqlı olan yoxdur ki, dərsliklərin keyfiyyəti ildən-ilə təkmilləşdirilsin. “Lakin Təhsil Nazirliyi də dərsliklərin müəllifi deyil. Bu istiqamətdə müvafiq qurumlarla, Qiymətləndirmə Şurası ilə dərsliklərin müəllifləri ilə müvafiq işlər həyata keçiriləcək”.

Anar


Teqlər:  





Xəbər lenti