Bakıda `Bayraq yürüşü` - FOTOLAR+VİDEO

Bakıda `Bayraq yürüşü` - FOTOLAR+VİDEO
  08 Noyabr 2014    Oxunub:3875
Noyabrın 8-də Təhsil Nazirliyi Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirib.

Bu münasibətlə təşkil olunmuş mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yürüşün keçirilməsində məqsəd milli atributlarımızı təbliğ etməkdir. Nazir müavini dövlət bayrağımızın xalqımız üçün müqəddəs olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Zahid Orucun qatıldıqları yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin “SABAH” qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak ediblər. “Bayraq yürüşü” Milli Parkdakı saat qülləsindən başlanıb və Dövlət Bayrağı Meydanınadək davam edib.



Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti