Qarabağ veteranı: “Mənə güllələnmə cəzası verildi”

 Qarabağ veteranı: “Mənə güllələnmə cəzası verildi”
  29 Oktyabr 2014    Oxunub:1534
Bu gün Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən həmyerlimiz, 1974-cü il təvəllüdlü Zahid Abbasovun işi ilə bağlı tənzimləmə iclası keçirilib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rusiya Ali məhkəməsinin qərarı tənzimlənib və Z.Abbasovun cəzasının Azərbaycandakı həbsxanada çəkməsinə qərar verilib.

Məhkəmə iclasında ittiham olunan şəxs 40 yaşlı Z.Abbasov 1994-cü ildən məhbəs həyatı yaşadığını deyib. “Qərbi Azərbaycanın Masis rayonunda anadan olmuşam. Öz yurd-yuvamızdan didərgin salınmışıq. Həm də Qarabağ müharibəsinin iştirakçılarındanam, veteran statusum var. 1994-cü ildə işləmək üçün Rusiyaya getmişəm. Orada məni adam öldürməkdə şərlədilər və həbs etdilər. Məhkəmə qarşısında günahsız olduğu bildirsəm də, mənə gülləmə cəzası verildi. 1997-ci ildə Rusiya prezidentinin qərarı ilə əfvə düşdüm və cəzam ömürlük azadlıqdan mərhum etmə cəzası ilə əvəzləndi. Mənə qarşı haqsızlıq edilib. Artıq 20 ildir ki, məhkumluq həyatı yaşayıram”.

Hakim Şəkər Məmmədov isə işə yenidən baxmaq kimi hüquqlarının olmadığını, Rusiya məhkəməsinin verdiyi cəzanı təsdiqləyəcəklərini bildirib.

Zahid Abbasov isə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

Məhkəmə iclasının sonunda Rusiya Ali məhkəməsinin qərarı təsdiqlənib.


Teqlər:  





Xəbər lenti