“Təhqir və tənqidi qarışıq salanlar var"
Millət vəkili Qənirə Paşayeva insanların şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması ilə bağlı cərimələrin artırılması məsələsinə toxunaraq deyib:
“Bizi təhqir edən şəxslərə cərimələri artırırıq. Amma məsələ burasındadır ki, son zamanlar bir sıra böyük tarixi şəxsiyyətlər, böyük ziyalılar və Azərbaycan tarixində böyük rol oynamış bir sıra böyük şəxsiyyətlər ağır təhqir olunur. Bu insanların eləsi var ki, onlar 100, 200 il bundan əvvəl yaşayıb. Biz onların da təhqir olunmaması mexanizmlərini tapmalıyıq. Tənqid və təhqir fərqli şeylərdir. Çox təəssüf ki, cəmiyyətdə təhqir və tənqidi qarışıq salanlar var. Çox təəssüf ki, bəziləri isə tarixi şəxsiyyətləri təhqir yolu ilə gündəmə gəlmək istəyirlər və belə halların getdikcə artması hamımızı ciddi narahat etməlidir. Biz cəmiyyət olaraq buna öz sərt etirazımızı bildirməklə bərabər, bu halların qarşısını almaq üçün hüquqi mexanizmlər də olmalıdır".
AzVision.az