Leyla Yunusun `Saxarov` mükafatına layiq görülməsinin şok gizlinləri

Leyla Yunusun `Saxarov` mükafatına layiq görülməsinin şok gizlinləri
  03 Oktyabr 2014    Oxunub:16419
Azərbaycanda vətənə xəyanətdə ittiham olunan Leyla Yunusun Andrey Saxarov adın mükafata layiq görülməsi ilə bağlı təklif irəli sürülüb. Avropa Parlamentinin təsis etdiyi bu mükafatın Leyla Yunusa təqdim olunması ilə bağlı təklif təccüblə qarşılana bilərdi, amma...

Məsələ burasındadır ki, Yunusların adı hallanan istənilən məkandan, istənilən proyektdən erməni izi çıxır. Elə SSRİ dövrünün məşhur hüquq müdafiəçisi kimi təqdim olunan Andrey Saxarov adı da istisna deyil...



Leyla Yunusa təqdim edilməsi gözlənilən mükafatın sahibi Andrey Saxarov özü kim idi?

SSRİ hakimiyyəti zamanı ABŞ kəşfiyyatının ələ aldığı Saxarov qəflətən aldığı Sovet Sosialist Əmək Qəhrəmanı adından və Lenin, eyni zamanda Dövlət Mükafatından imtina etdi. Özünü SSRİ məkanında dissident, hüquq müdafiəçisi kimi təsdiq etdirməyə çalışan bu agent qısa bir zamanda ermənilərin də, fəal müdafiəçisinə çevrildi. Niyə məhz ermənilərin?

Məsələ burasındadır ki, ABŞ kəşfiyyatının agenti olan Saxarovun arvadı erməni idi. Yelena Bonner Əlixanyan adlı qadın akademiki ermənilərin fəal müdafiəçisinə çevirə bilmişdi.



Andrey Saxarov

BİRİNCİ FAKT

Erməni terrorunun SSRİ dövründə həyata keçirdikləri ən böyük və dəhşətli hadisə 1977-ci il yanvar ayının 8-də Moskvada həyata keçirildi. Həmin dövrdə Moskvadakı terror aktı ilə bağlı SSRİ-də yayılan rəsmi məlumatlara görə, erməni terrorçular Akop Stepanyan, Zaven Baqdasaryan və Stepan Zatikyan tərəfindən Moskva metrosunun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında, Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirilmişdi. Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər isə yaralanmışdı.

Terror aktının təşkilatçsı Stepan Zatikyan 1966-ci ildə Yerevan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçaturyan və Şagen Artunyanla birgə “Erməni Milli Birlik Partiyası” yaratmışdılar. Tələbələrin yaratdığı bu qurumun əsas məqsədi Türkiyədən Ermənistan “torpaqlarının” geri alınması və müstəqil Ermənistan dövlətinin yaradılması idi. Bu qruplaşmanın gizli mətbəələri var idi və onlar "Paros" ("Fənər") qəzeti nəşr edirdilər.

Onlar "Rus şovinizmi"nə etiraz etmək, Yuxarı Qarabağ və Naxçıvanın Ermənistana verilməsi üçün siyahılar paylayırdılar".

Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat apardığına görə həbs edilmişdi. 1972-ci ildə həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə başlamışdı. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdi . O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.

O zaman cinayətkarların axtarışına Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ən yaxşı müstəntiqləri cəlb olunmuşdu . Onların səmərəli fəaliyyəti nəticəsində bu gurultulu terror aktlarında nüfuzlu erməni partiya liderlərinin iştirakı faktı üzə çıxıb. Terror aktlarının törədildiyi yerlərdən götürülən partlayıcı maddə qəlpələri onların harada istehsal olunması və daha çox hansı şəhərlərdə satıla bilməsinə dair şübhəli şəhərlərin dairəsi barədə materiallar əldə etməyə imkan yaradıb. Həmin şəhərlər arasında da başda İrəvan dayanırdı.


Yelena Bonner

Sonra terror aktlarının ukraynalılar və erməni millətçiləri tərəfindən törədilə bilmə ehtimalı ortaya çıxıb. DTK əməkdaşları tərəfindən Daşkənd aeroportunda sərnişinlərdən birinin əlində terrorçular tərəfindən istifadə olunan çanta ilə eynilik təşkil edən çanta diqqət cəlb edib. Araşdırmalar bu çantaların məhz İrəvanda tikildiyini ortaya çıxarıb. Və bu fakt axtarışlar dairəsini son dərəcə məhdudlaşdırıb, DTK əməkdaşlarının əsas diqqətinin Ermənistana yönəlməsinə səbəb olub.

Beləliklə, aşkar olunan bombanın elektrik qaytanağı xüsusi elektrodla aparılıb ki, bu da yalnız hərbi sənaye kompleksi müəssisələrində istifadə olunur. Nəticədə məlum olub ki, terror qruplaşma üzvlərindən biri müdafiə sənayesi müəssisəsində işləyir. Bu ərəfədə terrorçu qruplaşma üzvləri yeni cinayət hazırladıqları zaman səhvə yol veriblər. Beləki Kursk vağzalına içərisində partlayıcı qurğu olan çanta qoyublar və bomba partlamadan əməliyyatçıların əlinə keçib. Və bu da DTK əməkdaşlarının sözügedən bandanın izinə düşməsi ilə nəticələnib. Çantaya istintaq baxışı nəticəsində sim və saat mexanizmi, həmçinin üzərində İrəvan nişanı olan göy olimpiya gödəkçəsi tapılıb. Belə ki, terrorçular çantanın partlayacağını zənn edib, öz şəxsi əşyalarını da çantada qoyublar.

Nəhayət Gürcüstan-Ermənistan sərhədində 55 saylı Moskva-İrəvan qatarının 3-cü vaqonundan şübhəli şəxs qismində saxlanılan və üzərində heç bir sənədi və şəxsi əşyaları olmayan, eyni zamanda əynində həmin göy olimpiya gödəkçəsindən olan 1949-cu il təvəllüdlü Akop Stepanyan saxlanılıb. O, saxlanılan zaman tələbə yoldaşı Zaven Baqdasaryanla (1954-cü ildə anadan olub) bir yerdə olub. Onlar Moskvaya səfərlərinin məqsədini polis əməkdaşlarına açıqlaya bilməyiblər. Onların hər ikisi İrəvana göndərilib. Sonradan Stepanyanın anası oğlunun çantasında bomba aşkarlayıb. Əməliyyatçıların onun evindən Moskvada törədilən partlayışlar zamanı istifadə olunan bombanın eynisini aşkar ediblər. Akop Stepanyan və Zaven Baqdasaryanın həbsindən sonra qrupun üçüncü üzvü Stepan Zatikyan da yaxalanıb.

Moskva metrosunda 1977-ci ildə baş vermiş partlayış onu yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib.

Terror aktının iştirakçıları olan Baqdasaryan və Stepanyan dindirmə zamanı bildiriblər ki, Zatikyan onlarla birgə həbsxanada olanda millətçilik ideyası təbliğ edirdi və deyirdi ki, erməni zülmünə görə rusları cəzalandırmaq lazımdır. XX əsrin əvvələrində erməni xalqının başına gətirilənlərdə rusları günahkar görən Zatikyan qisas almağın əsas yolunu Rusiya ərazilərində çoxsaylı patlayışlar törədilməsi və daha çox rusun öldürülməsində görürdü. Onun ətrafında olanlar qorxu altında Zatikyanın dediklərinə əməl edirdilər.

Moskva metrosunda partlayışdan sonra həmin cinayətkarlar 1977-ci il oktyabrın sonunda daha bir terror aktı törətməyi qərara alıb və bu məqsədlə Kursk vağzalından bilet alaraq Moskvaya gəlib. Onlar "Moskva İrəvanı" qatarına biletlər götürmüşlər. Qatara minən zaman vağzalın gözləmə zalında bomba olan çantanı qoyub. Bir neçə dəqiqədən sonra yiyəsiz əşya sərnişinlərdən birinin diqqətini cəlb edir və hadisə yerinə gələn poislər orada məftillə və saat mexanizmi ilə işləyən dəhşətli nəticələr verə biləcək partlayıcını aşkar ediblər.


Erməni terrorçular

Məhz bu vaxt özünü SSRİ hüquq müdafiəçisi kimi qələmə verən Andrey Saxarov ortaya atıldı. Saxarov iddia edirdi ki, guya erməni terrorçuların günahı yoxdur və etmədikləri günahlarını zorla onların boyunlarına qoyurlar və bunun arxasında siyasi məqsədlər dayanır. Saxarov 1979-cu il yanvar ayının 30-da SSRİ KP MK Baş katibi L. Brejnevə ünvanladığı məktubunda yazırdı: “Biz bu işdə ( terror aktında) məhkəmə səhvinə yol verildiyi və ya qəsdən baş verən hadisənin saxtalaşdırıldğı qənaətindəyik. Ona görə də məhkəmə prosesində aşkarlığın pozulduğunu və onun əsl həqiqəti üzə çıxara bilməyəcəyini düşünürük”.

Ermənistan hakimiyyət orqanlarının - Ermənistan SSR KP MK-nın I katibi Karen Dəmirçiyanın və Ermənistan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Yüzbaşyanın terrorçuları açıq şəkildə himayə etdikləri faktı üzə çıxdı. Adı çəkilən hər iki şəxs Andrey Saxarovla birlikdə terrorçular üzərində aparılan istintaqa mane olmağa cəhd etdi. Buna nail olmayanda isə Dəmirçiyan açıq şəkildə SSRİ xüsusi xidmət orqanlarından Ermənistan vətəndaşları üzərində özbaşınalığı dayandırmağı və onlardan ölkə ərazisini tərk etməyi tələb etdi.

Saxarov iddia edirdi ki, partlayış zamanı isə Zatikyan İrəvanda olub. 1979-cu ildə keçirilən məhkəmədə Zatikyan terrorçular tərəfindən irəli sürülən bütün iddiaları rədd etdi . Lakin buna baxmayaraq məhkəmə onun qətlinə fərman vermiş və o, 1979-cu il yanvarın 24-də güllələndi.

İKİNCİ FAKT

Saxarov bir də ermənilərin "huquq müdafiəçisi" qismində Dağlıq Qarabağ problemi ortaya çıxarkən "parladı". Oxucularımız 1988-89-cu illərdə Saxarovun SSRİ Ali Sovetində Ermənistanı dəstəkləyən çıxışlarını yaxşı xatırlayırlar. Həmin çıxışlarda Saxarova ən çox çırtıq çalanlar da Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini təbliğ edən Qdlyan, Starovoytova idi . Saxarovun Sumqayıt hadisələri zamanı da öz qrupu ilə Bakıya gələrək , azadlıq mücadiləsinə qalxan Azərbaycan xalqı ilə təzyiq dili ilə danışmaq cəhdi də yaddan çıxmayıb.

1989-cu ilin 20 martında Andrey Saxarov SSRİ-nin birinci katibi Mixail Qorbaçova yazdığı məktubunda Qarabağla bağlı öz mövqeyini belə açıqlayıb.

"Təxminən martın 20-də mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, o , Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. O, Dağlıq Qarabağda yaşıyan ermənilərin DQMV-nin Ermənistana birləşməklə bağlı, tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın..."

Bütün bu yazılanlar sadəcə, söz yığını deyil, sənədlərlə sübut olunan faktlardır...

Leyla Yunusu müdafiə edən mətbuat vasitələrində isə, erməni yanlısı Saxarov az qala dünyanın ən böyük dissidenti kimi təqdim edilir. Əlbəttə, Qərbdə Saxarov SSRİ-nin tanınmış dissidenti, hüquq müdafiəçisi kimi qəbul oluna bilər. Çünki , Andreyin vaxtilə odlu-alovlu çıxışı elə Qərbdən idarə olunurdu.

Amma, bu özünə azərbaycanlı deyənlərə nə düşüb? Niyə Leyla Yunusla bağlı işlərin arxasından erməni adının çıxması heç kimi düşündürmür? Axı, Saxarovun Azərbaycana , Dağlıq Qarabağ probleminə baxışını sərgilədiyi tarix çox da keçmişdə deyil. Erməniləri hər vəchlə müdafiə edən Saxarov yaxşıdırsa, Leyla Yunusa erməni deyəndə niyə qızırsınız? (avropa.info)


Teqlər:  





Xəbər lenti