Onları bütün Azərbaycan tanısın: AŞPA-da erməni lobbisinin de-şifrəsi

  03 Oktyabr 2014    Oxunub : 8854
Onları bütün Azərbaycan tanısın: AŞPA-da erməni lobbisinin de-şifrəsi
Oktyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının keçirildiyi binada Azərbaycana qarşı daim qərəzli mövqeləri ilə tanınan “Human Rights Watch", “Article 19", Mediaya Beynəlxalq Dəstək (International Media Support- IMS), İnsan Hüquqları Evi Fondu (HRHF) və digər QHT-lər zal kirayəyə götürərək “Azərbaycanda görünməmiş repressiyalar” adlı tədbir keçirdilər.

Tədbirin təşəbbüskarları AŞPA-nın deputatları Maykl Maknamara, Tini Koks, Piter Omtziqt və Mailis Reps idi. Toplantının məhz AŞ PA-nın binasında keçirilməsi diqqəti cəlb etmək üçündür. Lakin təşkilatçıların və dəvət olunan qonaqların siyahısına baxmaq kifayətdir ki, bu toplantının məhz erməni lobbisinin yığıncağı olduğu aydın olsun. Təşəbbüskarla tanış olaq:

Maykl Maknamara – İrlandiyadan olan AŞPA üzvü
(https://azvision.az/redirect.php?url=http://www.assembly.coe.int/nw/xml/AssemblyList/MP-Details-EN.asp?MemberID=6764)

Maykl Maknamara AŞPA-da Türkiyə və Azərbaycan əleyhinə Ermənistan nümayəndə heyətinin qaldırdığı bütün məsələlərin qızğın müdafiəçisi kimi tanınır. Onun adını A.Hovhannisyan, D.Harutyunyan, N.Karapetyan, M.Şangeldyan kimi AŞPA-dakı erməni deputatların, o cümlədən erməni lobbisinin “sıx əməkdaşlıq” etdiyi digərləri ilə- məsələn, fransalı deputat René Rouquetin səs verdiyi az qala bütün sənədlərdə tapmaq mümkündür.



Məlumat üçün qeyd edək ki, René Rouque “Ermənistanın Avropalı Dostları” təşkilatının (“EuFOa”- Europian Friends of Armenia) aparıcı siması və Avropa-Ermənistan Müşavirlər Şurasının üzvüdür. (https://azvision.az/redirect.php?url=http://www.eufoa.org/uploads/EAAC_EN.pdf)


René Rouque-nin 2011-ci ilin fevralında AŞPA-da həyasızcasına və əsassız olaraq Azərbaycanı öz torpaqlarında erməni kökənli mədəni abidələri məhv etməkdə ittiham etməsi hələ heç kimin yadından çıxmayıb. Anti-Azərbaycan şəbəkəsinin fəal üzvləri olan René Rouque və Maykl Maknamara daim birlikdə erməni lobbisinin sifarişlərini yerinə yetirən sənədlər hazırlayırlar. Bütün bu sənədlərlə AŞPA-nın internet səhifəsində tanış olmaq mümkündür: https://azvision.az/redirect.php?url=http://website-pace.net/en_GB/web/apce/documents
Məsələn, 2011-ci ilin oktyabrında AŞPA-nın 32 üzvü Dağlıq Qarabağa aid bəyannamə hazırlayıblar. Onlar Avropa Şurasını separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığa çağırır, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin 20-ci ildönümü münasibətilə yerli “hökuməti” təbrik edirdilər. Sənəddə bu qondarma quruluş Arstax adlandırılıb. Azərbaycan əleyhinə hazırlanan məruzəyə səs verənlər arasında René Rouque-nin adı yenə görünür:
https://azvision.az/redirect.php?url=http://www.assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=12955&lang=en



Və ya René Rouque və Maykl Maknamara yenə 2013-cü ilin yanvarında AŞPA-nın qış sessiyasında rədd edilən Ştrasserin Azərbaycanla əlaqədar qalmaqallı hesabatının qəbul olunması üçün dəridən-qabıqdan çıxırdılar. Onlar birlikdə 2012-ci ilin yanvarında Türkiyəyə qarşı bəyannamənin də müəllifləridir. Həmin bəyannamədə Türkiyənin insan haqlarını pozması, ermənilərə qarşı “soyqırım” həyata keçirdiyi iddia olunurdu. Sənəddə vurğulanırdı ki, Türkiyə erməni jurnalisti Hrant Dinkin cinayət işini ədalətli araşdırmır. Bu bəyannamədə AŞPA üzvlərinə çağırış edilirdi ki, hər kəs Türkiyənin cəzasız qalmasını dünya ictimaiyyətinə çatdırsın (25 yanvar 2012, 505 saylı bəyannamə):
https://azvision.az/redirect.php?url=http://assembly.coe.int/ASP/Doc/XrefViewHTML.asp?FileID=13041&Language=EN





Maykl Maknamara həmçinin azərbaycanlıların yaddaşında 2014-cü il iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında bu təşkilatın Nazirlər Komitəsinin sədrliyini qəbul edən Azərbaycanın ünvanına səsləndirdiyi iftiraları ilə qalıb.



Həmin vaxt Maykl Maknamaranın yalanlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən ifşa etmişdi və onun Azərbaycanda insan haqlarının vəziyyəti barədə kağızdan oxuduğu hazır suala belə cavab vermişdi: “Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hər hansı bir nəzərəçarpan uğur əldə etməmisiniz və əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsün nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun da nəticəsi 2013-cü ilin yanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər”.
Tini Koks- Niderlanddan olan AŞPA üzvü
(https://azvision.az/redirect.php?url=http://www.assembly.coe.int/nw/xml/AssemblyList/MP-Details-EN.asp?MemberID=5246)



Maraqlıdır ki, alman əsilli Tini Koks Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün elementar insan hüquqlarının qorunması barədə bir dəfə də olsun məsələ qaldırmadığı halda erməni lobbisinin maraqlarına xidmət edən, casusluqda ittiham olunan bir neçə azərbaycanlının “pozulmuş” insan hüquqlarından danışır, onları heç bir hüquqi əsas olmadan “siyasi məhbus” adlandırır. Doğrudur, Tini Koks 2013-cü ilin yanvarında K.Ştrasserin Azərbaycan Respublikasına qarşı qalmaqallı hesabatına səsvermə zamanı neytral qalsa da, fürsət düşdükcə bütün imkanlardan yararlanır. Məsələn, onun 2014-cü il iyunun 24-də Strasburqda Azərbaycan Prezidentinə ünvanlandığı sualın tamamilə qərəzli məzmunu belə deməyə əsas verir. O, Azərbaycanı “qara rəng”də təsvir etməyə çalışsa da, Prezident İlham Əliyevin dərhal iradları ilə qarşılaşmalı olmuşdu: “Bu fikirləri kim yaradır? Bəzən Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu fikirlər süni olaraq yaradılır. Ona görə də biz mahiyyətə nəzər yetirək”.
Mailis Reps- Estoniyadan olan AŞPA üzvü



Mailis Repsinin keçmiş eston həmkarı Andres Herkelin adı ilə “Herkel-2” də adlandırmaq olar. O da lobbilərlə və qrantlarla işləməyi çox sevir. M.Reps AŞPA-da qaçqınlar, köçkünlər problemləri üzrə məsul olsa da, onun da azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı hər hansı təşəbbüslərini xatırlayan yoxdur. Əksinə, M.Replis Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycana qarşı sanksiyalar barədə vaxtaşırı müxtəlif təşəbbüslərlə çıxış edir.
Piter Omtziqt - Niderland olan AŞPA üzvü
https://azvision.az/redirect.php?url=http://assembly.coe.int/ASP/AssemblyList/AL_MemberDetails.asp?MemberID=5456



Piter Omtziqt də erməni lobbisinin əsas əlaltılarından sayıla bilər. O, qondarma erməni “soyqırımı”nın tanıdılması üçün illərdir sistemli iş aparır. Təkcə “google” axtarış sisteminə onun adını və Ermənistan sözünü yazmaq kifayətdir ki, bu şəxsin Azərbaycan və Türkiyə əleyhinə fəaliyyəti ilə Ermənistanda nə qədər populyar olması üzə çıxsın.



Məsələn, onun Avropa Şurası Parlament Assambleyasında qondarma “erməni soyqırımı”nın tanıdılması istiqamətində müəllifi olduğu sənədlərdən biri ilə tanış olaq:
https://azvision.az/redirect.php?url=http://assembly.coe.int/ASP/Doc/XrefDocDetails_E.asp?FileID=19700



Əlbəttə, bütün bu siyahıları uzatmaq da olar. Lakin oktyabrın 2-də AŞ PA-nın payız sessiyası çərçivəsində Strasburqda “Avropa” sarayının zallarının birində “Azərbaycanda görünməmiş repressiyalar” adı altında keçirilən tədbirin əsl adının heç də belə olmadığı gün kimi aydındır. Erməni lobbisinin yığıncağında Azərbaycan əleyhinə söz almaq üçün isə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl, Mediaya Beynəlxalq Dəstək (International Media Support - IMS) QHT-sinin nümayəndəsi Gülnarə Axundova və digərləri növbəyə düzülmüşdülər və ermənilər işarə verdikdə onlar danışırdılar.(1news.az)


AzVision.az

Teqlər: